Olaylar.az xəbər verir ki, "Yomiuri" qəzetinin məlumatına görə, bu radarların Yaponiyanın 2027-ci ilə qədər dəniz Özünümüdafiə Qüvvələrinin silahlanmasına qəbul etmək niyyətində olduğu ABŞ istehsalı "MQ-9B Sea Guardian" PUA-larında quraşdırılması planlaşdırılır. Havada uzun müddət qala bilən və fəaliyyət radiusu təxminən 4900 km olan bu dronların İvodzima və Minamitori adalarında yerləşdirilməsi, həmçinin İvodzima və Titidzima adalarında mobil radar komplekslərinin qurulması nəzərdə tutulur.
Nəşr vurğulayır ki, Sakit okeanda müşahidənin gücləndirilməsi zərurəti Çinin regiondakı fəallığının artması ilə bağlıdır və bu addımlar Yaponiyanın ilin sonunadək yeniləməyi planlaşdırdığı milli təhlükəsizlik sənədlərində öz əksini tapacaq.