AZ

Ukraynaya 325 milyardlıq yardım: Amma Rusiya yenə üstündür!

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qərbin Kiyevə verdiyi yardımlara baxmayaraq, Ukraynada ümumi strateji təşəbbüs Rusiyaya məxsusdur.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun hesabatında deyilir.

“Rusiya qüvvələri Ukraynada ümumi strateji təşəbbüsü qoruyub saxlayır. ABŞ hərbi kəşfiyyatının məlumatına görə, mart ayı etibarilə Rusiya qüvvələri əksər döyüşlə əlaqəli funksiyalarda Ukrayna Silahlı Qüvvələri üzərində ümumi üstünlüyü qoruyub saxlayıb”, - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, Ukrayna 2026-cı ilin yanvar-mart aylarında mühüm sursat və dron çatışmazlığı ilə üzləşməyə davam edib. Hesabatda həmçinin qeyd olunur ki, ABŞ və müttəfiqləri 2022-ci ilin fevral ayından bəri Kiyevə 325 milyard dollarlıq hərbi yardım göstəriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
axar.az

1Mənbələr