AZ

“Kuruluş Osman”ın ulduzu yeni serialla ekranlara qayıdır

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur tarixi serialın ulduzu olan gənc aktrisa yeni mövsümdə rəqəmsal platformada yayımlanacaq müasir dram layihəsində əsas rollardan birini ifa edəcək.Demokrat.az xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.“Kuruluş Osman” serialının yekunlaşmasından sonra layihə təkliflərini dəyərləndirən Özge Törer “Netflix” platforması ilə razılığa gəlib. Ekran işində Burak Özçivitlə tərəf müqabili olan gənc aktrisa bundan sonra fərqli obrazla izləyicilərin qarşısına çıxacaq.Məlumata görə, tarixi serialın gözlənilməz finalından sonra aktrisaya çoxlu təkliflər gəlib. Özge Törer rejissorluğunu Onur Saylakın edəcəyi “Eve Giden Yol” serialının heyətinə qoşulub.O, yeni ekran işində Yasemin adlı qəza qurbanı obrazını canlandıracaq. Serialda həmçinin Aras Bulut İynemli, Nilperi Şahinkaya, Halil Babür, Alper Çankaya və Sennur Nogaylar kimi tanınmış simalar da yer alacaq.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
demokrat.az

1Mənbələr