AZ

"Qeyri-rəsmi tikintilərin leqallaşdırılması risklər yarada bilər" -

Bakıda keçirilən XIII Dünya Şəhərsalma Forumunun (WUF13) növbəti günündə “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” mövzusunda dialoq sessiyası təşkil olunub.Metbuat.az xəbər verir ki, sessiyada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, qeyri-rəsmi sektorun leqallaşdırılması həmin dövrdə müəyyən sosial problemlərin həllinə kömək edə bilər, lakin bu, uzunmüddətli risklər də yarada bilər: "Çünki bu proses tikililərin hüquqi müdafiəsinin genişlənməsinə, torpaq istifadəsinə əlavə təzyiqə, kənd təsərrüfatı və meşə sahələrinin azalmasına, su ehtiyatlarına və kritik infrastruktur xərclərinin artmasına səbəb ola bilər.Bizim tətbiq etdiyimiz yanaşma balanslı yanaşmadır. Bir tərəfdən vətəndaşların hüquqları və sosial ehtiyacları qorunur, digər tərəfdən isə hüquqi intizam, təhlükəsizlik standartları və məsuliyyətli torpaq idarəçiliyi gücləndirilir".Məsələnin iqtisadi tərəfi ilə bağlı danışan Nazir vurğulayıb ki, problemin həlli üçün maliyyə vəsaiti tələb olunur."Çox vaxt siyasətçilər və hökumətlər belə bir dilemma ilə üzləşirlər: bir tərəfdən bu tip yaşayış məntəqələri və qeyri-rəsmi məşğulluq müəyyən iqtisadi fəaliyyət və iş yerləri yaradır, digər tərəfdən isə problemin həlli üçün maliyyə vəsaiti tələb olunur.Belə olan halda nə etmək lazımdır? Problemi həll etmək naminə iş yerlərini bağlamaq və iqtisadi aktivliyi azaltmaqmı lazımdır?Azərbaycanın təcrübəsi bu baxımdan konkret nümunədir. 2019–2025-ci illəri əhatə edən yeddiillik təşəbbüs çərçivəsində qeyri-rəsmi məşğulluğun leqallaşdırılması həyata keçirilİb. Bunun əsas məqsədi qeyri-rəsmi sektorun yaratdığı problemlərin həlli üçün əlavə maliyyə mənbəyi formalaşdırmaq idi".Nazir qeyd edib ki, əvvəllər sosial müdafiə sistemindən kənarda qalan insanlara nağd şəkildə ödənişlər edilirdi və dövlət bundan heç bir rəsmi gəlir əldə etmirdi:"Nəticə etibarilə isə həmin şəxslər sosial müdafiə sisteminə inteqrasiya olundular. Sosial sığorta haqları və digər daxilolmalar hesabına formalaşan vəsaitlərin bir hissəsi sosial müdafiə əsasında ehtiyacı olan insanların mənzil təminatına yönləndirildi".

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
3
1
metbuat.az

2Mənbələr