AZ

Bakıda 9,9 milyon manatlıq abadlıq işləri aparılacaq

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri aparılacaq.

İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Bakı Şəhər Əsaslı Tikinti və Təmir Məhdud Məsuliyyətli Cəmiyyəti bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.

Sözügedən işlərin yerinə yetirilməsinə sərf olunacaq vəsaitin 9,9 milyon manat olacağı proqnozlaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
azpolitika.info

2Mənbələr