AZ

Sultan Barakat: Yurdundan didərgin düşmüş ailələrin gələcəyə olan inamını dəstəkləyən texniki yanaşmalar təmin edilməlidir VİDEO

Bakı, 21 may, AZƏRTAC

Beynəlxalq sistemin humanitar yardıma daha çox arxalanması bəzən insanların öz gələcəklərini qurmaq və təşkilatlanmaq bacarığını zəiflədir. İnsanların öz resurslarını, enerjilərini və motivasiyalarını qoruyub saxlamaq, onları "qurban" kimi deyil, prosesin fəal iştirakçısı kimi görmək lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu Dohanın Məhəmməd bin Xəlifə Universitetinin professoru Sultan Barakat BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.

Sultan Barakatın sözlərinə görə, yerindən, yurdundan didərgin düşmüş ailələr üçün bərpa prosesi yerləşdikləri ilk günlərdən etibarən başlamalı və onların gələcəyə olan inamını dəstəkləyən texniki yanaşmalar təmin edilməlidir.

Fotoqraf - Tofiq Babayev

Seçilən
28
azertag.az

1Mənbələr