AZ

“Nvidia” 16 ayda 90 milyard dollar sərmayə qoyub

“Financial Times” qəzetinin şirkət sənədləri və “PitchBook” məlumatlarına istinadən verdiyi məlumata görə, “Nvidia” 2026-cı maliyyə ilində — 25 yanvar 2026-da başa çatan dövrdə — müxtəlif tərəfdaşlıqlara 47 milyard dollar investisiya yatırıb. Sonrakı dörd ay ərzində şirkət daha 43 milyard dollar sərmayə qoyub.

“Nvidia” süni intellekt modelləri hazırlayan şirkətlərdən tutmuş bulud provayderlərinədək təxminən 145 şirkətə investisiya edib və texnologiya sektorunda “ən aqressiv” investor adlandırılıb. FT-nin sorğu keçirdiyi bankirlərdən biri bildirib ki, şirkət “hamını maliyyələşdirir”.

“Nvidia”nın strategiyası sənayenin böyük hissəsini şirkətin texnologiya və məhsullarına daha sıx bağlayır, lakin eyni zamanda maliyyə və tənzimləmə risklərini artırır. Nəşr vurğulayır ki, “Nvidia”nın sövdələşmələri ABŞ, Aİ və Böyük Britaniyanın antimonopoliya tənzimləyicilərinin diqqətini cəlb edib.

Seçilən
22
1
azpost.info

2Mənbələr