AZ

ADRA-dan “Sədərək”dəki reklam lövhələri ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən keçirilən monitorinq nəticəsində “Sədərək” Ticarət Mərkəzinin ətrafında yol kənarında yerləşən texniki və estetik standartlara cavab verməyən reklam qurğuları müəyyən edilərək demontaj edilib.

 

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq ADRA-dan bildirilib.

 

Agentlikdən bildirilib ki, hazırda həmin qurğuların müasir standartlara uyğun, keyfiyyətli və estetik tələblərə cavab verən yeni reklam konstruksiyaları ilə əvəzlənməsi prosesi mərhələli şəkildə davam etdirilir: “Bütün bu tədbirlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları çərçivəsində həyata keçirilir. Məqsəd paytaxtın əsas giriş yollarından birinin yerləşdiyi ərazidə ictimai məkanın estetik görünüşünün qorunması, şəhər mühitində təhlükəsizliyin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunmaqla ictimai maraqların qorunmasıdır”.

 

Xatırlatma: 2025-ci ilin oktyabr ayında “Sədərək” Ticarət Mərkəzində sahibkarlarla Azərbaycan Dövlət Reklam Agentliyi arasında narazılıq yaranmışdı. Belə ki, sahibkarların ticarət mərkəzinin ətrafında yerləşdirdikləri ödənişli reklam lövhələri əvvəlcədən xəbərdarlıq edilmədən sökülməyə başlanmışdı. Ərazidə 21 reklam lövhəsi dağıdılmış, nəticədə sahibkarlara, təxminən, 210 min manat dəyərində maddi ziyan dəymişdi. ADRA əməkdaşları ilə ticarət mərkəzinin mühafizəçiləri tərəfindən şiddət görmüş, ərazidən qovulmuşdu.

 

Aytəkin Qardaşova

Tarix: 22 May 2026, 11:45   
Seçilən
15
pravda.az

1Mənbələr