AZ

Rubiodan İranla bağlı MÜHÜM AÇIQLAMA

ABŞ-nin Dövlət katibi Marko Rubio İranla aparılan danışıqlarda "kiçik irəliləyiş" olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

"Şişirtmək istəmirəm, amma müəyyən irəliləyişlər var və bu yaxşıdır. İran heç vaxt nüvə silahı əldə etməməlidir", - deyən dövlət katibi Vaşinqtonun mövqeyinin dəyişməz qaldığını vurğulayıb.

Rubio həmçinin qeyd edib ki, ABŞ yüksək dərəcədə zənginləşdirilmiş uran problemini həll etmək və Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini bərpa etmək niyyətindədir.

Onun sözlərinə görə, Tehran beynəlxalq su yolunda rüsumlar sistemi yaratmağa çalışır və Omanı da bu təşəbbüsə qoşulmağa sövq edir.

"Dünyada heç bir ölkə bununla razılaşmamalıdır", - deyə Dövlət Departamentinin rəhbəri vurğulayıb.

Bundan əlavə, Rubio ABŞ və Bəhreynin rekord sayda həmmüəllifi olan BMT qətnamə layihəsi hazırladığını bildirib, lakin onun sözlərinə görə, Təhlükəsizlik Şurasının bəzi ölkələri buna veto qoymaq imkanını nəzərdən keçirirlər.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr