Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.
1-ci liqada turun, hətta mövsümün mərkəzi qarşılaşması 17.00-da start götürəcək. Söhbət “Mingəçevir” - “Səbail” oyunundan gedir. Bu görüşün qalibi pley-offda “Qəbələ”nin rəqibi olacaq. “Qəbələ” azarkeşləri də oyunu canlı izləyir. “Red Black Army”nin keçmiş rəhbəri Nəriman Təbriz bu barədə paylaşım edib.Qeyd edək ki, “Səbail” heç-heçə də etsə, “Qəbələ”yə rəqib olacaq.MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.