Bakı–Tbilisi–Bakı qatar marşrutunun 6 illik fasilədən sonra bərpa edilməsi ətrafında çoxsaylı suallar yaranıb.
Vətəndaşları maraqlandıarn suallardan biri bu marşrut üzrə neçə qatarın hərəkət edəcəyidir.
"Cebheinfo.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”ndan (ADY) bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 2 qatar hərəkət edəcək.
Qurum Bakı-Tbilisi qatarında minimal qiymətin (81 AZN) hansı yerlərə şamil olunduğuna da aydınlıq gətirib.
"Cebheinfo.az"