AZ

Gürcüstana yolun açılması avtomobil ehtiyat hissələrinin də satışına təsir edəcək AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Gürcüstan arasında sərnişin qatarı reysinin bərpası iki ölkə sakinlərinin əsas müzakirə mövzusuna çevrilib. Bir çox vətəndaş bu yeniliyin iqtisadiyyata, xüsusən də avtomobil bazarına necə təsir edəcəyi barədə maraqlanır. Gürcüstanda maşın ehtiyat hissələrinin bol və ucuz olması fonunda qatarın fəaliyyətinin Azərbaycanda ikinci əl detalların qiymətini aşağı salacağı barədə fikirlər gəzir. Qatar reysinin bərpası fonunda bir çox vətəndaş Gürcüstana gedib öz şəxsi avtomobili üçün ehtiyat hissəsi alıb qatarla geri gətirməyin yollarını düşünür. Maşın sahibləri fərdi qaydada gətirilən detalların ölkədəki qiymətlərə necə təsir edəcəyini düşünür. Bəs fərdi sərnişinlərin gətirdiyi detallar avtomobil bazarındaucuzlaşma yarada bilər?Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, hazırda Gürcüstan üzərindən Azərbaycana müxtəlif növ yüklərin daşınması davam edir və bu marşrut vasitəsilə ehtiyat hissələrinin idxalı da həyata keçirilir:"Yəni, Gürcüstan tranzit xətti ölkəmizə kifayət qədər böyük həcmdə avtomobil və digər texniki ehtiyat hissələrinin çatdırılmasında mühüm rol oynayır. Bu da bazarda təchizatın sabit qalmasına müəyyən təsir göstərir və ehtiyat hissələrinin əlçatanlığını təmin edən əsas logistik kanallardan biri kimi çıxış edir. Bakı-Tbilisi qatarı isə sadəcə sərnişindaşıma həyata keçirir",- deyə o bildirib.Sərnişin qatarlarında baqaj daşınması ilə bağlı xüsusi limitlər və qaydalar mövcuddur. Vətəndaşların fərdi istifadə üçün gətirdiyi məhsulların çəkisi və həcmi qanunvericiliklə müəyyən edilmiş normaları aşa bilməz. Böyük həcmli və ağır avtomobil detallarının sərnişin qatarı ilə gətirilməsi həm gömrük, həm də dəmir yolu qaydalarına görə məhdudlaşdırılır. Bu səbəbdən fərdi alış-verişlər yalnız tək-tük kiçik detallarla məhdudlaşır. Bu cür fərdi addımlar isə ölkədəki böyük avtomobil bazarlarında və mağazalarda ümumi qiymətlərin ucuzlaşmasına təsir etmək gücündə deyil.Yəni, vətəndaşlar qatarla gedib özləri üçün yalnız limit daxilində kiçik detallar gətirə bilərlər, lakin ağır və böyük maşın hissələrini bu yolla gətirmək qadağan olduğundan bazarda ümumi qiymət enişi olmayacaq.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
demokrat.az

1Mənbələr