Ajans.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, zəvvarlar o müddətə kimi müstəqil şəkildə Kəbə evinə ibadət üçün gedib gələcəklər. "Dünən son zəvvar qrupu da Məkkəyə gəldi və beləliklə, hazırda burada 1150 zəvvar var. Ayın 24-dən 25-ə keçən gecə Böyük Həcc dövrü başlayacaq. Zəvvarların bir hissəsi Minaya gedəcək. Ayın 25-dən 26-na keçən gecə isə bütün zəvvarları Ərafata yola salacağıq. Beləliklə, ayın 26-ı onlar səhərdən axşama kimi Ərafatda olacaqlar". Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib. (teleqraf)