Bakı-Tbilisi-Bakı marşrutu üzrə indiki vaxta 2700-ə qədər bilet alınıb.
Bu barədə Sitat.info-nun sorğusuna cavab olaraq ADY-dən bildirilib.
Təkcə Bakıdan 900-ə yaxın, Tbilisidən isə 1400-dən çox bilet alışı qeydə alınıb. 26 mayda Bakı-Tbilisi reysinə, 30 və 31 mayda isə Tbilisi-Bakı reysinə biletlər tam satılıb.
Qeyd edək ki, bilet satışı 23 saat əvvəl açılıb.
Xatırladaq ki, bu marşrut üzrə ilk qatar Bakıdan 25 may, Tbilisidən isə 26 mayda hərəkətə başlayacaq.