AZ

Cəmi 3 inqrediyentlə möcüzə: Sobasız, dərhal hazır olan tort resepti

Evdə şirniyyat hazırlamaq istəyənlər üçün həm az büdcəli, həm də praktik reseptimiz var.


Pravda.az cəmi 3 inqrediyentlə hazırlanan, yüngül və dadlı biskvitli tort reseptini təqdim edir:


Lazım olan inqrediyentlər


​1 paket petibör biskviti (sadə və ya şokoladlı)

​1 paket hazır şokoladlı pudinq

​3.5 su stəkanı süd (pudinqi bişirmək üçün)


​Pudinqi bişirin: İlk növbədə südü və hazır pudinq tozunu dərin bir qazana tökün. Orta odda davamlı qarışdıraraq qaynayana və qatılaşana qədər bişirin. Pudinq bişdikdən sonra ocaqdan götürün və ara-sıra qarışdıraraq bir az ilıqlanmasnı gözləyin (tam soyumamalıdır).


​Formanı hazırlayın: Tortu yığacağınız qabın dibinə bir az pudinq çəkin.


​Qatları yığın: Biskvitləri qaba yan-yana düzün. Üzərinə ilıq pudinqdən bir neçə qaşıq töküb bərabər şəkildə yayın.


​Təkrarlayın: Biskvitlər və pudinq bitənə qədər bu prosesi qat-qat davam etdirin (adətən 3-4 qat alınır). Ən üst qata qalan bütün pudinqi töküb hamarlayın.


​Soyudun: Tortun otaq temperaturuna gəlməsini gözləyin. Daha sonra soyuducuya qoyaraq ən az 2-3 saat (yaxşı olar ki, 1 gecə) gözlədin.


​Bəzək üçün: Tortun üzərini bəzəmək üçün biskvit qırıntıları, üyüdülmüş püstə, fındıq və ya hind qozu (kokos) istifadə edə bilərsiniz. Əgər daha kremli bir dad istəyirsinizsə, pudinq bişib ilıqlandıqdan sonra içinə 1 xörək qaşığı kərə yağı və ya labne pendiri əlavə edib mikserlə çala bilərsiniz.


Əminə Bayramova 

Tarix: 23 May 2026, 03:30   
Seçilən
73
pravda.az

1Mənbələr