AZ

Tramp Belarusa qarşı bu sənədi imzaladı

ABŞ Prezidenti Donald Tramp Belarusa münasibətdə fövqəladə vəziyyət rejimini daha bir il uzadıb.

Musavat.com xəbər verir ki, onun sərəncamı mayın 22-də Federal Reyestrdə dərc edilib. Belarusa qarşı fövqəladə vəziyyət ilk dəfə Prezident Buş tərəfindən 2006-cı ildə, həmin ilin mart ayında keçirilən saxta seçkilərdən sonra elan edilib. 2021-ci ildə Prezident Bayden 9 avqust 2020-ci il prezident seçkiləri, müxalifətin və vətəndaş cəmiyyətinin ləğvi və mülki təyyarənin məcburi enişindən sonrakı kütləvi repressiyalar səbəbindən əhatə dairəsini genişləndirib.

Trampın imzaladığı sənəddə deyilir: "Belarus hökumətinin müəyyən üzvlərinin və digərlərinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmağa davam edir".

ABŞ fövqəladə vəziyyəti 2027-ci ilin iyun ayına qədər uzadıb.

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr