AZ

Sağlam olmayan münasibətlərin gizli siqnalları

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sağlam olmayan münasibətləri göstərən dörd mühüm əlamət var.

Ölkə.az xəbər verir ki,  ilk əlamət partnyorla söhbətdən sonra yaranan yorğunluq hissidir.

Bu halsızlıq həm üz-üzə danışıqdan, həm də telefon söhbətindən sonra meydana çıxa bilər.

İkinci əlamət kimi münasibətdə daim çox verib qarşılığını almamaq hissidir. Belə ki, partnyor yalnız özündən danışa, qarşı tərəfin problemləri ilə maraqlanmaya, onu dinləməyə, hətta çətinliklərini kiçiltməyə və tənqid etməyə meylli ola bilər.

Üçüncü təhlükəli siqnal isə münasibətdə insanın özünü olduğu kimi ifadə edə bilməməsidir. İnsan istədiyini deyə, bəyəndiyi geyimi geyinə bilmirsə, bu da sağlam olmayan münasibətin göstəricisidir.

Dördüncü və ən açıq əlamət isə münasibəti bitirmək istəyidir. İnsanın ayrılmaq barədə dəqiq qərarı olmasa belə, partnyordan uzaqlaşmaq və onunla daha az vaxt keçirmək istəyi yaranır.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
olke.az

3Mənbələr