AZ

"Çempionlar Liqasını qazanmalı olduğumuzu bilirik" - Arteta iddialı danışdı

Uzun fasilədən sonra İngiltərə çempionluğunu bayram edən "Arsenal"ın baş məşqçisi Mikel Arteta mövsümü dəyərləndirib və hədəfləri barədə danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Artıq səviyyəni qaldırmışıq. Deməli, növbəti inkişaf mərhələsinə qədəm qoymalıyıq. Növbəti mərhələ altı gündən sonra Budapeştdə başlayır. Macarıstana yollanmalı və Çempionlar Liqasını qazanmalı olduğumuzu bilirik.

İndi yeganə məqsədimiz bu işin öhdəsindən gəlməkdir. Komandadakı ab-hava inanılmazdır. Sevinsək də, ambisiyalıyıq. Hə, çox şeyə nail olmuşuq, lakin indi bu titulu qazanmağa köklənmişik. Çempionlar Liqasında finala qədər gəldiyimiz yola nəzər salsaq, əmin olmalıyıq ki, həlledici görüşdə qalib gəlmək imkanımız var".

Çempionlar Liqasının finalı mayın 30-da "Puşkaş Arena"da keçiriləcək.

Nihat

Seçilən
66
1
fanat.az

2Mənbələr