Türkiyə 2028-ci ildə 17 milyon mənzilin mavi yanacaq tələbatını öz təbii qazının hesabına ödəyəcək.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “A Haber”in canlı yayımında deyib.
“Qara dənizdə 2028-ci ildə üçüncü faza ilə birlikdə təxminən 17 milyon evin təbii qaz ehtiyacını öz qazımızla ödəyəcək vəziyyətə gələcəyik”, – o bildirib.
A. Bayraktar bildirib ki, hazırda Eflani quyusunda kəşfiyyat məqsədilə dərin quyular qazılır: “Buradan da olduqca ümidvarıq”.
MənbəREPORT