Türkiyənin Muğla vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar saat 16:34-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 12,4 kilometr olub.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Musavat.com