AZ

Uşaqların hazırladığı şəhər maketləri “WUF13 Urban Expo”da təqdim olunub

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində 2026-cı il mayın 21-də WUF13 Urban Expodakı QHT Agentliyinin pavilyonunda EkoSfera Sosial Ekoloji Mərkəzi İctimai Birliyinin uşaqlar tərəfindən hazırlanan müxtəlif şəhər maketlərinin təqdimatı və panel müzakirəsi keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə uşaqların hazırladığı ekoloji və müasir şəhər modelləri nümayiş olunub. Maketlərdə yaşıl enerji həlləri, ekoloji nəqliyyat vasitələri, parklar və ictimai məkanlar, eləcə də dayanıqlı şəhərsalma prinsipləri əks etdirilib.

Panel müzakirəsində çıxış edənlər uşaqların urbanistika və ekologiya sahəsində yaradıcı yanaşmasının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu cür təşəbbüslər gənc nəslin ekoloji düşüncəsinin formalaşmasına və şəhər mühitinə məsuliyyətli yanaşmanın inkişafına töhfə verir.

Tədbir iştirakçıları təqdim olunan layihələrə maraq göstərib, uşaqların hazırladığı maketlər sərgi ziyarətçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
bizimyol.info

1Mənbələr