"Plus-size" model Eşli Qrem Las-Veqasdakı şərab zavodunda fotosessiya etdirib.
Publika.az xəbər verir ki, o, çəkdirdiyi fotoları "Instagram" hesabında paylaşıb.
Eşli Qrem kamera qarşısına dərin sinə dekolteli ağ rəngli köynək-donla keçib. O, obrazını "Fendi" brendinə məxsus bənövşəyi rəngli dəri çantayla tamamlayıb. Model saçlarını hündürdən yığıb və yüngül makiyaja üstünlük verib.
Qeyd edək ki, bir neçə həftə əvvəl Eşli Qrem şalvarda çəkdirdiyi fotoya görə tənqid olunmuşdu. Həmin şəkildə o, çiyin hissəsi açıq olan rəngli top və dar qəhvəyi şalvarda idi. O zaman sosial şəbəkə istifadəçiləri "Çəki alıb", "Fiqurası dəyişib", "Bu arxiv fotodur?" kimi şərhlər yazmışdılar.