AZ

Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb

Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb.

"Far.Az" xəbər verir ki, bunu İran Futbol Federasiyasının hazırkı prezidenti Mehdi Tac bildirib.

"Dünya çempionatında (DÇ-2026) iştirak edən milli komandaların təlim-məşq düşərgələri FIFA tərəfindən təsdiqlənib və xoşbəxtlikdən, İranın Meksikadakı düşərgədə iştirakla bağlı müraciəti təsdiqlənib", - o bildirib və əlavə edib ki, düşərgədən Los-Ancelesə avtomobillə məsafə 3 saat 20 dəqiqə təşkil edir.

Sietldəki oyun üçün məsafə isə üç saatdır: "Beləliklə, viza problemləri olmayacaq və biz Meksikaya İran reysi ilə uçacağıq".

Seçilən
72
far.az

1Mənbələr