AZ

İran XİN-dən mühüm bəyanat – ABŞ ilə razılaşma...

ABŞ və İran arasında anlaşma memorandumunun hazırlanması ilə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran dövlət televiziyasına müsahibəsində tərəflərin memorandumun hazırlanması üzrə yekun mərhələyə yaxınlaşdığını bildirib.

Onun sözlərinə görə, son günlər bir sıra məsələlər müzakirə olunub və hazırda təqdim edilən təkliflər nəzərdən keçirilir.

Diplomat qeyd edib ki, yaxın 30-60 gün ərzində texniki detallarla bağlı danışıqlar davam etdiriləcək və yekunda razılaşma əldə oluna bilər.

İsmayıl Bəqai əlavə edib ki, memorandumda ABŞ-nin dəniz hücumlarının dayandırılması və İranın bloklanmış aktivlərinin azad olunması ilə bağlı məsələlər də yer alır.

Vaşinqton da danışıqlarda irəliləyiş olduğunu açıqlayıb. ABŞ dövlət katibi Marko Rubio yaxın vaxtlarda mühüm xəbərlərin ola biləcəyini bildirib.

Musavat.com

Seçilən
15
1
musavat.com

10Mənbələr