AZ

La Liqa: “Barselona”dan son turda məğlubiyyət, “Real”dan inamlı qələbə VİDEO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniya çempionatının 38-ci turunun “Valensiya” və “Barselona” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Valensiyadakı “Mestalla” stadionunda baş tutub. Ev sahibi komandanın oyunçuları 3:1 hesablı qələbəni qeyd ediblər.

“Barselona”nın hücumçusu Robert Levandovski matçın ilk qolunu 61-ci dəqiqədə vurub. Yarımmüdafiəçi Xavi Gerra 66-cı dəqiqədə bərabərlik qolunu vurub, hücumçu Luis Rioxa isə 71-ci dəqiqədə ev sahiblərini irəli çıxarıb. 90+8-ci dəqiqədə “Valensiya”nın yarımmüdafiəçisi Qido Rodriges hesabı 3:1 edib.

38-ci turun “Real Madrid” və “Atletik Bilbao” arasında oyunu da başa çatıb. Oyun Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutdu. Ev sahibi komanda 4:2 hesablı qələbəni qeyd edib.

“Real Madrid”in hücumçusu Qonzalo Qarsiya matçın ilk qolunu 12-ci dəqiqədə vurub. Yarımmüdafiəçi Cud Bellingem 41-ci dəqiqədə 2Los Blancos”un üstünlüyünü ikiqat artırıb. Qonaq klubun hücumçusu Qorka Quruzeta 45+1-ci dəqiqədə fərqi azaldıb. “Real Madrid”in hücumçusu Kilian Mbappe 51-ci dəqiqədə “Atletik”in qapısına üçüncü qolu vurub, “Los Blancos”un hücumçusu Brahim Diaz isə 89-cu dəqiqədə hesabı artırıb. Qonaq klubun hücumçusu Urko İseta 90+1-ci dəqiqədə hesabı 4:2 edib.

Turun digər oyunları belə başa çatıb:

“Jirona” – “Elçe” – 1:1

“Selta” – “Sevilya” – 1:0

“Malyorka” – “Ovyedo” – 3:0

“Alaves” – “Rayo Valyekano” – 1:2

“Espanyol” – “Real Sosyedad” – 1:1

“Xetafe” – “Osasuna” – 1:0

“Betis” – “Levante” – 2:1

“Barselona” 38 oyunda 94 xal qazanaraq La Liqanın qalibi olub. “Real Madrid” 86 xalla ikincidir. “Atletiko Madrid” 69 xalla üçüncü yeri tutub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
icma.az

1Mənbələr