ABŞ prezidenti Donald Trampın sosial şəbəkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdiyi paylaşımı qısa müddət sonra silməsi diqqət çəkib.
Musavat.com xəbər verir ki, paylaşımda “Təşəkkür edirəm, Prezident Ərdoğan!” ifadəsi yer alıb.
Bununla yanaşı, postda Ərdoğana aid olduğu bildirilən “Prezident Tramp dünyanın əsrlərdir gözlədiyi liderdir — o, sadəcə gücdən danışmır, onu təcəssüm etdirir” fikri də paylaşılmışdı.
Sözügedən paylaşımın hansı səbəbdən silindiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Musavat.com