AZ

Konqoda Ebola qurbanlarının sayı 200-ü keçib

BAKI, 24 may. TELEQRAF

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin ehtimal olunan sayı 200 nəfəri ötüb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media İşləri Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Rəsmi məlumata əsasən, hazırda epidemiya İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərini əhatə edir. Bildirilir ki, virus səbəbindən ehtimal olunan ölüm sayı 204 nəfərə, yoluxma hallarının sayı isə 867-yə çatıb.

Nazirlik qeyd edib ki, laboratoriya analizləri ilə indiyədək 10 ölüm və 91 yoluxma faktı təsdiqlənib.

Epidemiyanın əsas ocağı Uqanda ilə sərhəddə yerləşən İturi əyalətidir. Burada bir ölüm və beş ehtimal olunan yoluxma halı qeydə alınıb.

Konqo səhiyyə xidməti ilk həyəcan siqnallarını mayın 5-də alıb. Bununla yanaşı, mütəxəssislər virusun həmin tarixdən əvvəl bir neçə həftə ərzində yerli əhali arasında yayıldığını istisna etmirlər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını beynəlxalq fövqəladə vəziyyət elan edib.

Seçilən
96
teleqraf.com

1Mənbələr