AZ

"İranla razılaşdıq" - Tramp elan etdi!

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma çərçivəsində Hörmüz boğazının açıq qalacağını bildirib. SİA xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” hesabında paylaşım edib.

“Razılaşmanın digər maddələri ilə yanaşı, Hörmüz boğazı da açıq olacaq. İran əldə olunan razılaşmalara əməl etməli və bir daha Hörmüz boğazını bağlamamalıdır”, - o Tramp yazıb.

Qeyd edək ki, Tramp daha öncəki paylaşımında İranla sazişin böyük ölçüdə razılaşdırıldığını bəyan edib.

Mətləb

Seçilən
88
1
sia.az

2Mənbələr