AZ

Ağ Ev yaxınlığında atəş açan şəxs özünü İsa Məsih hesab edib

BAKI, 24 may. TELEQRAF

Ağ Ev yaxınlığında atəş açan 21 yaşlı Nesir Bestin psixi pozuntulardan əziyyət çəkdiyi və özünü İsa Məsih hesab etdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Nesir Best ABŞ Məxfi Xidmətinə əvvəlcədən tanış şəxs olub. Bildirilir ki, o, daha əvvəl məhkəmə tərəfindən verilmiş Ağ Evə yaxınlaşma qadağasını da pozub.

Qəzet qeyd edir ki, hücumun motivi hələ rəsmi şəkildə təsdiqlənməyib. Lakin mənbələrin sözlərinə görə, Best ciddi psixi problemlər yaşayırmış və özünü İsa Məsih hesab edirmiş.

Qeyd edək ki, hadisə zamanı Ağ Ev yaxınlığında atəş səsləri eşidilmiş, ABŞ Məxfi Xidməti cavab atəşi açaraq hücumçunu yaralamışdı. O, sonradan xəstəxanada ölüb.

Seçilən
67
1
teleqraf.com

10Mənbələr