AZ

Xames Rodrigez: “Zidanla heç vaxt şəxsi problemim olmayıb”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Minnesota Yunayted”in və Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges “Real Madrid”də Zinəddin Zidanın rəhbərliyi altında işləmək təcrübəsindən danışıb.

İdman.Biz bildirir ki, Zidan 2016-18 və 2019-21-ci illərdə “Real”a rəhbərlik edib. Rodriges 2014-20-ci illərdə bu klubda çıxış edib.

“Zidanın rəhbərliyi altında kifayət qədər yaxşı məşq edirdim. Oyunlar zamanı hər şeyi düzgün edir, yaxşı oynayır, qollar vurur və məhsuldar ötürmələr edirdim. Amma vacib matçlarda oynamaq vaxtı gələndə özümü start heyətindən kənarda tapırdım. Sonra əsəbiləşməyə və özümə “başqa nə etməliyəm?” deyə soruşmağa başlayırdım.

Qəzetlər tənqidlərlə dolu idi, çünki diqqət ehtiyat oyunçular skamyasında qəzəbli bir üzlə oturduğum zaman baxışlarıma yönəlmişdi. Bu, zəhərli bir atmosfer yaradırdı. Əvvəldən məşqçinin 12 və ya 13 daimi start oyunçusu var idi; düşünürəm ki, bu, bir növ alçaqlıq idi. Lakin Zidanla heç vaxt şəxsi problemim olmayıb. Sadəcə oynamaq istəyirdim. O, çoxlu titul qazandığı üçün hörmətə layiqdir”, - deyə “Marca” Rodrigezin sözlərini sitat gətirir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr