AZ

Kiyevə dəhşətli raket hücumu: Dağıntılar, ölən və yaralananlar var

Mayın 24-nə keçən gecə Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevi yenidən kütləvi raket atəşinə tutub.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallarda Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Hücum nəticəsində şəhərin bir çox rayonunda yaşayış binalarına və mülki infrastruktura ciddi ziyan dəyib, yanğınlar baş verib.

Rayonlar üzrə vəziyyət:

  • Şevçenko rayonu: Hücum nəticəsində bir məktəbin ikinci mərtəbəsində 300 kvadratmetr sahədə yanğın baş verib. Beşmərtəbəli yaşayış binasının blokunda dağıntı qeydə alınıb, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər yanğın olub. Biznes mərkəzinə zərbə endirilib, bazar ərazisində yanğın qeydə alınıb. Doqquzmərtəbəli binanın 8-ci və 9-cu mərtəbələri arasında baş verən zərbə nəticəsində ilkin məlumata görə, bir nəfər həyatını itirib. Həmçinin Fövqəladə Hallar Dövlət Xidmətinin Kiyev vilayəti üzrə idarəsinin muzeyi dağıntılara məruz qalıb.

Seçilən
66
publika.az

1Mənbələr