AZ

İsraildə panika: Netanyahu təcili toplantı çağırdı

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ və İran arasında davam edən danışıqlarla bağlı inkişaflar fonunda İsrail Baş naziri Binyamin Netanyahu hökumət koalisiyasını təşkil edən partiya liderləri və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə təcili toplantı keçirəcək.

Sherg.az xəbər verir ki, İsrail mediasının (Kanal 12) məlumatına görə, Netanyahu İranla bağlı son prosesləri müzakirə etmək üçün koalisiya tərəfdaşları ilə fövqəladə iclas planlaşdırıb.

ABŞ Prezidenti Donald Tramp isə İranla razılaşmaya “çox yaxın olduqlarını” və danışıqların “getdikcə müsbət istiqamətdə irəlilədiyini” bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai isə Pakistanın vasitəçiliyi ilə ABŞ-la aparılan danışıqlarda bəzi məsələlərdə hələ də fikir ayrılıqlarının qaldığını, lakin razılaşma üçün işlərin davam etdiyini deyib.

Məlumata görə, Pakistan Baş Qərargah rəisi Asim Munir də danışıqlar çərçivəsində İran və ABŞ arasında vasitəçilik məqsədilə Tehranda görüşlər keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
sherg.az

1Mənbələr