AZ

Azərbaycan Premyer Liqasında mövsümə bu gün Qubada yekun vurulur

BAKI, 24 may. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, mövsümün son oyunu Qubada keçiriləcək.

“İmişli” saat 16:00-da “Karvan-Yevlax”ı qəbul edəcək.

Görüşü İnqilab Məmmədov idarə edəcək.

Qeyd edək ki, Jorj Kaşkilyanın rəhbərlik etdiyi “İmişli” 33 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Fizuli Məmmədovun çalışdırdığı Yevlax təmsilçisi isə sonuncu yeri tutaraq Premyer Liqanı tərk edəcək.

Azərbaycan Premyer Liqası
XXXIII tur
24 may

“İmişli” – “Karvan-Yevlax”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Quba Olimpiya İdman Kompleksinin stadionu

Seçilən
36
2
teleqraf.com

4Mənbələr