AZ

TƏCİLİ: ABŞ-İran sülh memorandumunun şərtləri açıqlandı - DETALLAR

ABŞ və İran arasında mümkün ikitərəfli sülh memorandumunun detalları üzə çıxıb.

Turkustan.az xəbər verir ki, sənədin layihəsi Axios nəşri tərəfindən yayımlanıb. Layihədə tərəflər arasında mövcud atəşkəs rejiminin daha 60 gün müddətinə uzadılması təklif edilir.

Sənədə əsasən, Vaşinqton İran limanlarına tətbiq olunan blokadanın aradan qaldırılması və Tehrana qarşı bəzi sanksiyaların yumşaldılması variantını nəzərdən keçirir. Eyni zamanda, atəşkəs dövründə Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq qalacağı və İranın neft ixracını davam etdirə biləcəyi bildirilir.

Memorandum layihəsində İranın boğaz ətrafında minalardan təmizləmə işlərinə başlaması da yer alıb. Bununla yanaşı, ABŞ yekun razılaşma əldə olunana qədər regiondakı hərbi iştirakını davam etdirməyi planlaşdırır.

Sənəddə qeyd olunur ki, atəşkəs müddətində Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqları da davam etdirəcək./Yeni Sabah/

Seçilən
21
50
turkustan.az

10Mənbələr