AZ

Heç kimi unutmaq istəmirəm

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone hazırda dünyanın ən yaxşı üç məşqçisinin kimlər olduğu ilə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, “Atletiko Universal” Simeonenin sözlərini sitat gətirib:

“Hazırda ən yaxşı üç məşqçi? Üçünü seçmək çətindir: Ançelotti, Qvardiola, Emeri, İraola, Flik… Heç kimi unutmaq istəmirəm. Pep özünü yenidən kəşf etmək və qalib gəlmək bacarığı sayəsində dünyanın ən yaxşısıdır və əsas olan qələbədir. Ona ən yaxşısını arzulayıram. Düşünmürəm ki, o, uzun müddətə getsin, çünki o, futbolun özüdür”.

Seçilən
19
2
publika.az

10Mənbələr