AZ

Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqladı

"Şad xəbər vermək istəyirəm ki, Axalkalaki-Qars dəmir yolu, Azərbaycan dəmir yolu kimi, artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açılıb. Bu, ölkəmizin iqtisadi həyatında çox mühüm hadisədir. Türkiyəli və gürcü tərəfdaşlarımıza təşəkkür edirəm".

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, qeyd edib ki, hazırda Ermənistanın Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Rusiya ilə, daha sonra isə Rusiya və Qazaxıstan ərazisindən keçməklə Çinlə dəmir yolu əlaqəsi var:

"İndi isə Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa İttifaqı ilə dəmir yolu əlaqəmiz yaranıb. Yaxın gələcəkdə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan və daha sonra Naxçıvan üzərindən Ermənistan-İran dəmir yollarının açılması planlaşdırılır. Biz TRIPP layihəsinin icrası nəticəsində yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq".

Bizim.Media

Seçilən
15
26
bizim.media

10Mənbələr