AZ

Renat Dadaşov son turda da ehtiyatda qaldı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının cari mövsümdəki sonuncu oyununda da ehtiyatda qalıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün sonuncu – 34-cü turu çərçivəsində “Legiya” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və 4 cavabsız qolla məğlub olub. Renat bu görüşdə də sonadək ehtiyatda qalıb.

34 turda 43 xal toplamış “Motor” mövsümü 18 iştirakçı arasında 12-ci pillədə başa vurub. Renatın komandası keçirdiyi 34 oyunda 10 qələbə qazanıb, 13 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
41
9
arena.az

10Mənbələr