Niderland Erediviziyasında qalmaq uğrunda pley-off oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Ozancan Kökçünün çıxış etdiyi "Volendam" “Villem II” ilə cavab görüşünə çıxıb.
İlk matçda 2:1 hesablı qələbə qazanan “Volendam” cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxtda başqa qol olmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. "Lotoreya"da daha uğurlu olan “Villem II” qələbə qazanıb (5:4) və Erediviziyaya yüksəlib. Kökçünün komandası isə yeni mövsümdə 1-ci liqada mübarizə aparacaq.
Kökçü vacib matçda oynamayıb. Onun adı ümumiyyətlə iştirak ərizəsinə salınmayıb.