Azərbaycanda banklar debet kartlarında saxlanılan vəsaitə illik faiz gəliri tətbiq edir. Bankların təqdim etdiyi şərtlərə əsasən, faiz hesablanması minimum və maksimum qalıq limitləri çərçivəsində həyata keçirilir.
Kartdakı qalığa ən çox faizi "Xalq Bank"ın “XalqKart Cashback” kartı verir. Kart qalığına illik 8% faiz hesablanır. Faiz tətbiq olunan məbləğ limiti minimum 300 AZN, maksimum isə 2000 AZN təşkil edir.
Valyuta.az kartdakı qalığa görə ən çox faiz hesablayan kartları təqdim edir:
| Bank | Kart | Faiz hesablanan məbləğ | Kart qalığına hesablanan faiz |
|---|---|---|---|
| Xalq Bank | XalqKart Cashback | min. 300 - max. 2000 | 8% |
| Azər-Türk Bank | atb card | min. 500 - max. 30 000 | 7%-dək |
| ABB | TamKart Debet Premium TamKart Debet Platinum | min. 3000 - max. 100 000 | 7% |
| Unibank | uCard | min. 5000 - max. 50 000 | 7% |
| Bank of Baku | Bolkart Debet | min. 100 - max. 2000 | 7% |