AZ

Kaliforniyada fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ştatda baş verən kimyəvi maddə sızması ilə əlaqədar Orinc dairəsində fövqəladə vəziyyət rejimi elan etdiyini bildirib.

"Ölkə.az" xəbər verir ki, Nyusom bu barədə "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, hadisə mayın 21-də "GKN Aerospace" zavodunda başlayıb. Metilmetakrilat maddəsinin həddindən artıq qızması səbəbindən çəndə təzyiq yüksəlib və zəhərli buxarlar əmələ gəlib. Xilasedicilərin çəni su ilə soyutmaq cəhdlərinə baxmayaraq, sızma və ya partlayış təhlükəsi hələ də qalmaqdadır. Yerli polisin rəisi Əmir Əl-Fərra mayın 23-də bəyan edib ki, Kaliforniyanın Qarden-Qrov şəhərində aparılan təxliyə təxminən 40 000 insanı əhatə edib.

Seçilən
26
olke.az

1Mənbələr