AZ

Kiyevə gecə hücumu: Azərbaycan səfirliyinin binasına ziyan dəyib

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın raket hücumları nəticəsində səfirliyik binasının pəncərələri sınıb

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi raket zərbələri mülki infrastruktura ciddi ziyan vurub və dağıntılara səbəb olub. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, raketlərin bəziləri Ukraynadakı Azərbaycan səfirliyinin yerləşdiyi Şevçenkivski rayonuna yönəldilib. Raketlərin bəziləri səfirlikdən 300 metr aralıda düşüb. Hava zərbələri nəticəsində səfirliyik binasının pəncərələri sınıb.

Səfirliyə bitişik ərazilərə endirilən raket zərbələri nəticəsində Lukyanovka bazarı və Kvadrat ticarət mərkəzi tamamilə dağılıb. Bir neçə yaşayış binasına da ziyan dəyib.

Kiyev meri Vitali Kliçko bildirib ki, hava zərbələri nəticəsində ən azı iki nəfər ölüb, 40-dan çox insan yaralanıb. Yaralılardan 28-i xəstəxanaya yerləşdirilib, onlardan üçü ağır vəziyyətdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
ayna.az

1Mənbələr