AZ

Filippində bina çökdü - işçilər dağıntılar altında qaldılar

Filippinin şimalındakı Anheles şəhərində tikilməkdə olan doqquzmərtəbəli bina çöküb, dağıntılar altında 30-40 işçinin qaldığı ehtimal olunur.

"Ölkə.az" xəbər verir ki, bu barədə yerli KİV məlumat verib.

Onun sözlərinə görə, ərazinin ustası ilkin məlumatları təqdim edib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Çökmənin səbəbi müəyyən edilir.

Anleles administrasiyası sosial mediada ən azı 24 nəfərin xilas edildiyini açıqlayıb. Qeyd olunub ki, hadisədən təsirlənən hər kəsin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar davam edir.

Məlumata görə, şəhərdə əvvəlki gün güclü yağış və külək baş verib ki, bu da dağıntıya səbəb ola bilər. Xilasetmə işləri elektrik xətlərinin zədələnməsi və dağıntılara məhdud giriş səbəbindən çətinləşir.

Elvin

Ölkə.az

Seçilən
4
9
olke.az

10Mənbələr