AZ

“Zirə” 400-ə çatdı, tarixdə 10-cu oldu – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun “Araz-Naxçıvan”la səfər oyununda vurulan sonuncu qol “Zirə” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, qəsəbə klubu Premyer Liqada 400-cü dəfə qol sevinci yaşayıb.

Yubiley topuna Junior Martins imza atıb. Bununla da qəsəbə təmsilçisi Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.

Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.

Debütü 2015/2016-cı illər mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Xatırladaq ki, “Zirə” “Araz-Naxçıvan”la səfər görüşündə 2:3 hesabı ilə məğlub olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
15
28
arena.az

10Mənbələr