ABŞ Dövlət katibi Marko Rubio Hindistana diplomatik səfəri çərçivəsində Yeni Dehlidə jurnalistlərə açıqlamasında, İranla saziş məsələsində yaxın bir neçə saat ərzində dünyaya “xoş xəbərlər” veriləcəyini vəd edib.
Bizim.Media xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.
Rubio jurnalistlərə açıqlamasında bu ifadələri işlədib:
"Həqiqətən hesab edirəm ki, yaxın bir neçə saat ərzində dünyanın xoş xəbərlər alması ehtimalı var".
Dövlət katibi İranla aparılan sülh danışıqlarında "əhəmiyyətli" irəliləyişin əldə olunduğunu bildirsə də, bunun "hələ yekun nəticə olmadığı" barədə xəbərdarlıq edib.
Marko Rubio rəsmi Vaşinqtonun Tehran qarşısında qoyduğu dəyişməz şərtləri bir daha təkrarlayıb:
“İran heç bir halda nüvə silahına sahib ola bilməz. Hörmüz boğazı qlobal dəniz gəmiçiliyi üçün tam açıq olmalıdır və Tehran gəmilərin təhlükəsiz keçidi üçün hər hansı rüsum və ya ödəniş tələb edə bilməz”.
ABŞ rəsmisi son iki gündə intensiv diplomatik işlərin aparıldığını vurğulayıb:
"Son 48 saat ərzində biz Fars körfəzi regionundakı tərəfdaşlarımızla birgə plan üzərində müəyyən irəliləyişə nail olmuşuq. Əgər bu plan uğurlu olarsa, nəticədə biz təkcə boğazın tamamilə açılmasına deyil, həm də keçmişdə İranın nüvə silahı yaratmaq ambisiyalarının əsasını qoyan bəzi fundamental məsələlərin həllinə nail ola bilərik".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta