Xəbər verdiyimiz kimi, Kürdəmirdə ər həyat yoldaşını qətlə yetirib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Bəşirov Natiq Araz oğlu həyat yoldaşı - 21 yaşlı Bəşirova Lamiyə İsmayıl qızını qətlə yetirib.
Qeyd edək ki, cütlük 2024-cü ildə ailə qurub və bu səbəbdən onların yaş yarımlıq övladları da var.
Onların fotosunu təqdim edirik:
