AZ

BƏƏ tankeri radarları söndürərək qlobal blokadanı yardı

ABŞ və İran arasında hərbi əməliyyatların bərpası müzakirələrinin aparıldığı və Hörmüz boğazının minalardan təmizlənməsini nəzərdə tutan 60 günlük sülh memorandumunun imzalanması ərəfəsində, qlobal enerji bazarında görünməmiş və olduqca riskli bir gizli dəniz əməliyyatı reallaşıb. İranda müharibənin başladığı ilk gündən bəri dünya iqtisadiyyatının ən təhlükəli qaynar nöqtəsinə çevrilən Hörmüz boğazından ilk dəfə olaraq xüsusi strateji qaz tankeri keçməyi bacarıb.

"Ölkə.az" xəbər verir ki, dünyanın ən nüfuzlu iqtisadiyyat agentliklərindən olan "Bloomberg" Hindistana maye qaz (LNG) daşıyan nəhəng tankerin müharibənin başlamasından bəri ilk dəfə Hörmüz boğazından gizli və rəsmi şəkildə keçdiyini ifşa edib. Sözügedən gizli əməliyyat Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus məşhur "Adnoc Logistics & Services" şirkətinin tabeliyində olan "Al Hamra" tankeri vasitəsilə həyata keçirilib. Rəsmi kəşfiyyat və dəniz naviqasiya məlumatlarına görə, qaz tankeri BƏƏ-nin Das adasında yerləşən ixrac terminalından tam gücü ilə yükləndikdən sonra Hindistanın qərb sahillərinə doğru hərəkət edib. Tanker İran hərbi dəniz qüvvələrinin və ABŞ donanmasının nəzarətində olan ən təhlükəli zonadan – Hörmüz boğazından keçərkən özünün bütün rəsmi qlobal izləmə sistemlərini (AIS) tamamilə söndürərək yerini gizlətməyə çalışıb və bu riskli manevrlə hədəfinə çatıb.

Agentliyin əldə etdiyi digər şok məlumatlara görə, rəsmi Əbu-Dabi şirkəti "Adnoc" bundan əvvəl də eyni gizli taktikadan istifadə edərək Hörmüz boğazı vasitəsilə Yaponiya və Çinə daha iki böyük partiya maye qaz (LNG) tədarükü həyata keçirib. Həmin strateji missiyaları icra edən bütün xüsusi gəmilər də kritik keçid sahələrində radarları və daxili izləmə sistemlərini tamamilə söndürərək hərbi zərbələrdən və ələ keçirilmə riskindən yayınıblar. Enerji ekspertləri dəniz nəqliyyatının bu cür "kor zona" rejimi ilə hərəkət etməsini qlobal qaz qıtlığının qarşısını almaq üçün atılan ümidsiz, lakin cəsarətli bir addım kimi qiymətləndirirlər.(Musavat.com)

Seçilən
24
olke.az

1Mənbələr