AZ

Dzyuba "Akron"dan ayrıldı - Yeni klubu da bəllidir

Rusiyalı hücumçu Artyom Dzyuba "Akron"dan ayrılıb. 

Fanat.Az xəbər verir ki, onun gedişini Tolyatti klubu rəsmən açıqlayıb. 

37 yaşlı hücumçu klubdan azad agent kimi ayrılıb. 

Təcrübəli forvard 2024-cü ildə "Akron" keçmişdi. O, bu müddətdə 52 oyun keçirib, 18 qol vurub və 12 məhsuldar ötürmə edib. 

Dzyubanın növbəti klubunun Birinci Liqanın qalibi olan və gələn mövsüm Rusiya Premyer Liqasında oynayacaq Moskvanın "Rodina" klubu olacağı gözlənilir.

Dzyuba Rusiya çempionatında və Rusiya milli komandasında bütün zamanların ən çox qol vuran oyunçusudur. O, Rusiya futbolunda 248 qol vurub. Hücumçunun avqustda 38 yaşı tamam olacaq.

Seçilən
2
1
fanat.az

2Mənbələr