AZ

Qvardiola "Mançester Siti"dəki ən böyük səhvini etiraf etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Aston Villa" ilə vida matçından əvvəl açıq etiraf edib. 

Fanat.Az xəbər verir ki, 55 yaşlı ispan mütəxəssis klubda keçirdiyi bütün illərdə ən böyük peşmançılığının İngiltərə millisinin keçmiş qapıçısı Co Hartla bağlı olduğunu bildirib.

Qvardiola "Sky Sports"a verdiyi müsahibədə belə deyib: 

"Etiraf etmək istəyirəm ki, peşmançılıqlarım olur. Çoxlu qərarlar verəndə səhv də edirsən. Amma illərdir ürəyimin dərinliyində peşman olduğum bir şey var - Co Harta nə qədər yaxşı qapıçı olduğunu sübut etmək şansı verməməyim. O vaxtdan bəri peşmanam. Codan üzr istəyirəm".

Xatırladaq ki, Hart 12 il - 2006-cı ildən 2018-ci ilə qədər "Mançester Siti"də oynayıb. Qvardiolanın 2016-cı ildə gəlişindən sonra o, start heyətindəki yerini itirərək "Torino" (2016–2017) və "Vest Hem"ə (2017–2018) icarəyə verilib, daha sonra isə "Börnli" ilə müqavilə imzalayaraq "Mançester"dən ayrılıb.

Hart "Mançester Siti" ilə iki Premyer Liqa titulunu (2011/12, 2013/14), İngiltərə Kubokunu (2010/11) və iki Liqa Kubokunu (2013/14, 2015/16) qazanıb.

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr