AZ

Dembele final öncəsi PSJ ni qorxutdu

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın PSJ futbol komandasının hücumçusu Usman Dembele Çempionlar Liqasının finalı öncəsi komandanın daxili yoxlama oyununu buraxıb.

İdman.Biz xəbər verir ki, futbolçu bu həftə təşkil olunan yoldaşlıq xarakterli qarşılaşmada iştirak etməyib. Fransa mətbuatının məlumatına görə, Dembele baldır nahiyəsindəki narahatlığa görə hələ də bərpa prosesini davam etdirir.

29 yaşlı hücumçu daha əvvəl Liqa 1-in son turunda “Paris”lə oyunda zədə şübhəsi səbəbindən meydanı erkən tərk edib. PSJ onun sağ baldırında narahatlıq hiss etdiyini və bir neçə gün müalicə alacağını açıqlayıb.

Buna baxmayaraq, futbolçunun “Arsenal”a qarşı finalı mütləq buraxacağı təsdiqlənmir.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının finalı PSJ və “Arsenal” arasında Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Görüş 30 may, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
icma.az

1Mənbələr