ain.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycanın “Karvan-Yevlax” futbol komandasının baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 33-cü turunda “İmişli” ilə 1:1 hesabı ilə başa çatanda oyundan sonra komandanın mövsüm ərzində keçdiyi çətin yola toxunub.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçularına təşəkkür edib.
“Oyunun turnir cədvəli baxımından mahiyyəti yox idi. Amma futbolçular qalib gəlmək istəyirdilər, meydanda yaxşı mübarizə gördük. Mövsümü bitirdik, ağır yol keçdik. Təəssüflər olsun ki, komandamız Birinci Liqaya yuvarlandı. Futbolçular meydanda əziyyət çəkdilər. Bütün mövsümə görə futbolçularıma çox sağ ol deyirəm. Əziyyəti olan hər kəsə minnətdaram. Baxmayaraq ki, istədiyimizə nail ola bilmədik. Amma artıq mövsüm bitdi, hər bir futbolçuya uğurlar arzulayıram”, - deyə Füzuli Məmmədov bildirib.
Baş məşqçi yeni mövsümdə komandada qalıb-qalmayacağı ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu barədə klub rəhbərliyi ilə görüşdən sonra yekun qərar veriləcək.
“Çox istəyirəm ki, Birinci Liqaya düşsək də, orada iddialı olaq və yenidən Premyer Liqaya geri qayıdaq. Yəqin ki, sabah rəhbərliklə bu yöndə görüşümüz olacaq. Təbii ki, istədiyim şərtlər və tələblər olarsa, komandada qalacağam. Bu komandada yaxşı futbolçular var ki, bizə Birinci Liqada da kömək edə bilərlər. Şərtlər yaxşı olarsa, futbolçularla danışarıq, onlar komandada qalar. Amma öncəlik rəhbərliyin istəyidir”, - deyə o qeyd edib.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.